Yasamalda yeni yol inşa edilib – VİDEO

Yasamal rayonu ərazisində “Qanlı göl”ün qərb hissəsi boyunca Yasamal Yaşayış Kompleksinə qədər yeni avtomobil yolu inşa edilib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında inşa olunan 2 hərəkət zolaqlı yeni yolun uzunluğu 1250 metr, eni isə 9 metr təşkil edir.

Qeyd olunan yol üzrə torpaq işi həyata keçirilib, yeni yol yatağı inşa olunub, həmçinin zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Yol boyu 3 laydan ibarət 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Aparılan tikinti işləri zamanı yol boyu yeni asfalt-beton örtüyü ilə yanaşı, piyada səkiləri inşa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb. Yeni yol boyu 3475 kv.m səki tikilib, 2500 p/metr səki daşı düzülüb. 

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub, yolun hər bir tərəfində beton küvet inşa edilib. 

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə zəruri yerlərdə yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib. 

Yeni yolun inşası Yasamal Yaşayış Kompleksinin yerləşdiyi əraziyə alternativ giriş-çıxış imkanı yaradır. 

Qeyd edək ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu üzrə nəzərdə tutulan və ümumi uzunluğu 4 km olan 11 küçədə də əsaslı təmir işləri icra olunub.

Ümumilikdə isə dövlət başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2021-ci illər ərzində Yasamal rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.

2022-ci ilin “İnvestisiya Proqramı” çərçivəsində rayon üzrə təmiri nəzərdə tutulan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur.  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma