Azərbaycanın Azeri Light markalı neftinin qiyməti artaraq 1 barrel üçün 84 dolara çatır.
TIME Oilprice reytinginə istinadən bildirir ki, Azeri Light markalı neftin qiyməti 2021-ci il dekabrın 24-dən bu günədək 3,43 dollar (4,26%) artaraq 83,94 dollar təşkil edib.
Azərbaycan nefti qiymətə görə hazırda İndoneziyanın Duri markalı (84,25 доллар), Malayziyanın Tapis markalı (84,01 dollar) neftindən sonra dünya üzrə üçüncü yerdədir.
