Astarada bacı qardaşını baltalayıb

Yanvarın 5-i saat 10 radələrində Astara rayonu Təngərüd kənd sakini 1982-ci il təvəllüdlü İlkin Qənbərova yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aparılmış araşdırmalarla zərərçəkmişin bacısı 1986-cı il təvəllüdlü Nadirə Qənbərovanın şəxsi münasibətlər zəminində əvvəllər aralarında olmuş mübahisə ilə əlaqədar qeyd edilən tarixdə səhər saatlarında, həmin vaxt yatmış vəziyyətdə olan İlkin Qənbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Nadirə Qənbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam edir.

Leave a Reply Cancel reply