Ünvanlı sosial yardımın orta aylıq məbləği 88% artaraq 280 manat olub

Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Fərman və Sərəncamları sosial islahatlar proqramının yeni istiqamətlər üzrə daha da geniş miqyas almasına imkan verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar dövlət başçısının sosial sahəyə xüsusi qayğısını təzahür etdirməklə ölkəmizdə vətəndaş rifahının təminatı məqsədilə ardıcıl olaraq reallaşan sosial islahatlar proqramının yeni istiqamətlər üzrə daha da genişlənməsinə imkan verib.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 29 dekabr 2021-ci il tarixli Fərman və Sərəncamlarla əlaqədar keçirilən brifinqdə vurğulayıb.

Nazir müavini bildirib ki, dövlət başçısının təsdiq etdiyi  yeni qanunla minimum aylıq əmək pensiyasının 20% artımla 200 manatdan 240 manata çatdırılması 65 min pensiyaçını əhatə edəcək. Pensiya islahatlarının mühüm uğurlarından biri kimi, son 3 ildə minimum pensiyada 2,2 dəfə artım baş verməklə, 110 manatdan 240 manata çatdırılıb. Orta aylıq pensiya son üç ildə 60% artaraq 331 manata, yaşa görə pensiya 358 manata çatıb.

A.Kərimov gələn il minimum pensiyanın pensiyaçılar üçün yaşayış minimumunu (176 manat) 36,4% üstələyəcəyini, minimum pensiya artımı üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılacağını bildirib.

Qeyd edib ki, Prezident İlham Əliyevin yeni Sərəncamı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi aztəminatı ailələrə sosial dəstək istiqamətində növbəti addımdır. Sərəncam 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edir. Bu birdəfəlik yardım üçün 4,8 milyon manat ayrılıb. Ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği son 4 ildə 88% artıb və hazırda 280 manatdan çoxdur.

Nazir müavini bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsinin iştirakçıları daim yüksək diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 29 dekabr 2021-ci il tarixli Sərəncamı da bunun daha bir nümunəsidir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə Sərəncama əsasən yeni ildən “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi veriləcək.

Aidiyyəti qurumlar tərəfindən bu status Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında veriləcək və Müharibə veteranı” adı və vəsiqəsi verilmiş şəxslər barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “Zəfər” altsisteminə daxil ediləcək. Bu altsistemdəki məlumatlar əsasında Nazirlik onlara 2022-ci ilin 1 yanvarından proaktiv qaydada Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

A.Kərimov Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Fərmanına əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə fəaliyyətin və həmin sığorta vəsaitlərinin idarə edilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçiriləcəyini vurğulayıb. O bildirib ki, hələ 18 may 2021-ci il tarixdə dövlət başçısının imzaladığı Fərmanla hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Yeni Qanunda nəzərdə tutulan istiqamətlərə uyğun olaraq gələn ilin əvvəlindən Nazirlik bu sahədə geniş islahatlar aparacaq.

Həm hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası uçot sistemi üzərində yığım prinsipi ilə həyata keçiriləcək, həm də bu sahədə inzibatçılıq təkmilləşdiriləcək, sığorta ödənişlərinin vaxtında və dayanıqlı şəkildə ödənilməsi təmin olunacaq. Müasir, optimal və çevik idarəçilik yaradılacaq. Vətəndaş məmnunluğuna nail olunması üçün xidmətlərin keyfiyyəti artırılacaq. İdarəçilik və xidmətlərin elektron infrastrukturu qurulacaq.

Sığorta ehtiyatı formalaşdırılacaq və onun  səmərəli idarə olunması nəticəsində əldə olunan vəsaitlər də şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün sərf olunacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma