Milli Hidrometeorologiya Xidməti qarşıdan gələn bayram günlərində gözlənilən hava şəraiti ilə bağlı proqnoz verib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, proqnoza əsasən Bakıda və regionlarda havanın əsasən yağmursuz və buludlu olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında
Dekabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.
2022-ci il yanvarın 01-də dəyişkən buludlu. Əsasən yağmursuz. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq.
Yanvarın 02-də dəyişkən buludlu. Əsasən yağmursuz. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq.
Yanvarın 03-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq.
Azərbaycanın rayonlarında Dekabrın 31-də əsasən yağmursuz. Bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacaq.
Yanvarın 01-də əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 9-14° isti,dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta olacaq.
Yanvarın 02-də əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti,dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
Yanvarın 03-də şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
Yanvarın 04-də əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.