Azərbaycanla Qətər arasında viza tələbi aradan qaldırılır

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanla Qətər arasında viza tələbi aradan qaldırılması məsələsi müzakirə edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi məsələsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Leave a ReplyCancel reply