Gələn il yanvarın 1-dən siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Prezident İlham Əliyevin Vergi Məcəlləsinə dəyişikliyin təsdiqi ilə bağlı imzaladığı fərmana əsasən tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.
Eyni zamanda, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.