Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb

Dövlət Sosial Müdafiə Fondu (DSMF) cari ilin nəticələrini açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, DSMF-nin sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı qeyd edib ki,  Fondun gəlirləri 2021-ci ildə 8,5 faiz artaraq 5152 mln. manat təşkil edib.

H.Məmişovun sözlərinə görə, bu vəsaitin 3,810 mln. manatını məcburi dövlət sosial sığorta haqlarının payına düşüb: “Bu, ötən illə müqayisədə 7,2 faiz və ya 257 mln. manat çox olub. Büdcə təşkilatları üzrə gəlirlər 1380 mln. manat, ötən illə müqayisədə 10 mln. manat və ya 0,7 faiz çox, qeyri-büdcə təşkilatları üzrə gəlirlər 2430 mln. manat, ötən illə müqayisədə 247 mln. manat və ya 11,3 faiz çox olub. Transfert gəlirləri isə 1313,3 mln. manat, ötən illə müqayisədə 11,5 və ya 135,4 mln. manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları daxilolmalarının 2021-ci ilin proqnozuna nisbətdə artımı 8,8 faiz və ya 307,5 mln. manat olub”.

DSMF sədri onuda bildirib ki, builki xərcləri 4841 mln. manat təşkil edib, bu isə ötən illə müqayisədə 2,8 faiz və ya 130 mln. manat çox olub: “Xərclərin 4716 mln. manatını əhaliyə ödənişlər təşkil edib. Bu, ötən illə müayisədə 2,8 faiz və ya 129 mln. manat çoxdur. O cümlədən 4591 mln. manatını əmək pensiyaları (ötən illə müqayisədə 2,6 faiz və ya 117 mln. manat çox), 125 mln. manatını məcburi dövlət sosial sığorta üzrə müavinət (ötən illə müqayisədə 10,4 faiz və ya 12 mln. manat çox), 125 mln. manatını digər xərclər (ötən illə müqayisədə 0,6 faiz və ya 0,8 mln. manat çox) təşkil edib. Xərclərin 95 faizini əmək pensiyaları, 2 faizini məcburi dövlət sosial sığorta üzrə müavinətlər, 3 faizini isə digər xərclər təşkil edib”.

Tədbitdə çıxış edərkən H. Məmişov qeyd edib ki, fərdi uçotun mərkəzləşdirilməsi zamanı benefisiarı bilinməyən 1.1 mlrd manat vəsait aşkar olunaraq konkret şəxslərin hesablarına işlənililib:

“Fondun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 56 xidmət elektronlaşdırılıb, onlardan 42-si proaktiv qaydada həyata keçirilir. Fondun xidmətlərinin elektronlaşdırılması nəticəsində ümumilikdə 500 000-dən artıq proaktiv təyinat aparılıb. Bu isə həmin sayda şəxsin heç bir ünvana yaxınlaşmadan öz sosial hüquqlarını reallaşdırması deməkdir. Bütün ölkə üzrə fərdi uçot sistemi tam şəkildə mərkəzləşdirilib. Bütün ölkə üzrə məhkəmə mübahisələrində iştirak mərkəzləşdirilib”.

DSMF rəsmisinin sözlərinə əsasən, bu islahat naticəsində DSMF-nin əleyhinə qüvvəyə minmiş məhkəmə qərarlarının sayı 2017-ci ildəki 12000 işdən 2021-ci ilin ilk 8 ayında 600 işə enmiş, beləliklə, məhkəmə aktları üzrə öhdəliklər 63 min. manatdan 1.7 min. manata enmişdir (uduzulmuş işlərin sayında təqribən 96 faiz, uduzulmuş işlər üzrə öhdəliklərdə təqribən 97 faiz azalma).

O, eyni zamanda qeyd edib ki, bütün ölkə üzrə maliyyə və mühasibatlıq işi mərkəzləşdirilib: “Maliyyə və mühasibatlıq işinin mərkəzləşdirilməsi maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti təmin etməyə imkan vermiş, əsassız xərclərin qarşısı alınıb”, – DSMF sədri deyib.

Sədr tədbir çərçivəsində cari ilin əvvəlindən şəhid ailəsi üzvlərinin və müharibə əlilləri üçün sosial ödənişlərin məbləğlərini açıqlayıb: “Şəhid ailəsi üzvlərinin və müharibə əlilləri üçün sosial ödənişlərin məbləğləri orta hesabla 50% artırılmaqla ödənilib. Şəhid ailələrinə 15800-dən artıq sosial ödəniş təyin edilib. Müharibədə yaralanmış qazilərimizə 4800-a yaxın sosial ödəniş təyin olunub. Şəhid ailə üzvlərinə və müharibə əlillərinə xidmətlərin proaktiv şəkildə təmin edilməsi üçün “Zəfər” AS tətbiqinə başlanılıb. DSMF tərəfindən 13000 qazimiz ziyarət olunub”, – deyə sədr qeyd edib.

Onun sözlərinə görə, Gəncə, Masallı və Ucarda şəhid ailələrinə və müharibə əlillərinə bir pəncərə modelində xidmətlərin təşkili üçün Vahid Əlaqələndirmə Mərkəzləri yaradılıb.

Eyni zamanda bildirilib ki, bu il 190 mindən çox artıq şəxsin əlillik müddəti bitib, lakin onlar təkrar müayinədən keçməklə əlilliklərini təsdiq edə bilər: “Təkrar əlillik müəyyən edildikdən sonra vəsait ödənilməyən aylar üzrə də ödənişlər edilir”, – o qeyd edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma