Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş növbəti aksiya çərçivəsində AZAL-Miles bonus proqramının bütün iştirakçılarına 50% güzəştlə milləri aviabiletlərə dəyişmək imkanı və 9 istiqamətdə aviabiletlərin alınması zamanı 50% güzəşt təklif edilir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, aksiya 10 yanvar – 10 mart 2022-ci il tarixləri arasında həyata keçiriləcək uçuşlara dekabrın 29-dan 31-nə kimi aviabiletlərin dəyişdirilməsi zamanı keçərlidir.⠀
Həmçinin, 29 dekabr 2021-ci il – 2 yanvar 2022-ci il tarixləri arasında uçuşları həyata keçiriləcək bonus proqramının bütün iştirakçıları bizdən əlavə olaraq 50 bonus mil qazanacaqlar.
Qeyd edək ki, bu aksiya çərçivəsində yerlərin sayı məhduddur. Çağrı mərkəzimizə callcenter@azal.az elektron poçtu vasitəsilə müraciət edərək millərinizi aviabiletlərə dəyişə bilərsiniz.
Bununla yanaşı, “Azərbaycan Hava Yolları” Yeni il aksiyası elan edib. Aksiyanın şərtlərinə əsasən, 10 yanvar – 6 mart 2022-ci il tarixləri arasında həyata keçiriləcək uçuşlara dekabrın 29-dan 31-nə kimi aviabiletlərin alınması zamanı 50% güzəştdən yararlanmaq olar. Aksiya aşağıdakı reyslərə şamil edilir:⠀
- Bakı-İstanbul-Bakı
- Bakı-Tel-Əviv-Bakı
- Bakı-London-Bakı
- Bakı-Dubay-Bakı
- Bakı-Mineralnıye Vodı-Bakı
- Bakı-Küveyt-Bakı
- Bakı-Ciddə-Bakı
- Bakı-Moskva-Bakı
- Bakı-Antalya-Bakı⠀Qeyd edək ki, aksiya çərçivəsində yerlərin sayı məhduddur. www.azal.az saytından əldə etməyə tələsin!