Azərbaycanda əmək pensiyasının minimal məbləğı təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dəyişikliyə əsasən artıq 2022-ci il yanvarın 1-dən əmək pensiyasının minimal məbləği 240 manat təşkil edəcək.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq dövlət başçısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899) 6-1-ci maddəsinin birinci cümləsində “2019-cu il 1 oktyabr tarixindən 200” sözləri “2022-ci il yanvarın 1-dən 240” sözləri ilə əvəz ediləcək.

Leave a Reply Cancel reply