Diplomatik xidmətə işə qəbul üzrə sınaq imtahanının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi dekabrın 26-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 10:25-dən etibarən elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 199 nəfərdən 14 nəfər imtahana gəlməyib.

Leave a Reply