Azərbaycan filmləri Netflix-ə çıxacaq

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov gələn il kino industriyasının inkişafı istiqamətində görüləcək işlər haqda danışıb.

TIME bildirir ki, Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib ki, gələn ildən Türkiyə ilə birgə film çəkilişlərinə başlanılacaq.

“Azərbaycanla Türkiyə birgə filmlərin çəkilməsini planlaşdırır. Türkiyə qısa müddət ərzində kino sahəsində inkişafa, sıçrayışa nail olub. Bizim rejissorlarımız da türk rejissorlardan heç də geri qalmır. Birgə fəaliyyət və təcrübə mübadiləsi nəzərdə tutulur. Konkret layihələri açıqlaya bilmərəm. Müzakirələr davam edir. Əməkdaşlığımız çəkilən filmlərin Netfliks vasitəsilə yayımlanmasına da imkan verəcək”.

Bununla yanaşı, Azərbaycan tanınmış şəxsiyyətləri və tarixi haqda filmlər və seriyallar çəkiləcək. Mədəniyyət Nazirliyi Bakı Media Mərkəzi ilə birgə Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti ilə bağlı serial çəkməyi planlaşdırır.

Gələn ildən Qarabağla, qaçqın və məcburi köçkünlərin həyatı ilə bağlı filmlərin çəkilişinə başlanılacaq.

Nazirin sözlərinə əsasən, Azərbaycanın ilk tammetrajlı animasiya filminin təqdimatı da gələn il nəzərdə tutulub. Gələn il təqdim ediləcək:

“Təəssüf ki, bu sahə uzun illər diqqətdən kənarda qalıb. Bizim də ana xəttimiz var. Milli mənəvi dəyərlərə söykənən animasiya filmlərinin çəkilməsini istəyirik. Bu alətdən biz istifadə etməliyik ki, kənar təsirləri azaldaq. Bu istiqamətdə bəzi layihələrimiz var. Animasiya film müsabiqəsi də keçirilir. Gələn il tammetrajlı ilk animasiya filmi təqdim ediləcək. Digər tərəfdən “Davranış mədəniyyəti” adlı layihəmiz var. Burada bizim dəyərlərimiz öz əksini tapır”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma