DİM gələn il keçiriləcək imtahanların cədvəlini təqdim edib

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci ilin yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseyləri şagirdlərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.

Bütün imtahanların qrafiki ilə daha ətraflı cədvəldə tanış ola bilərsiniz: 

İmtahanın adıTarixi
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı23 yanvar
Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı23 yanvar
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup)13 fevral
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı13 fevral
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı20 fevral
Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd)20 fevral
Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı27 fevral
Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı28 fevral
TOEFL imtahanı8, 22 yanvar12, 19 fevral
GRE imtahanı9 yanvar4 fevral
TKT (Teaching Knowledge Test) imtahanı29 yanvar

Digər aylarda keçiriləcək imtahanların tarixləri müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.

Leave a Reply