COVİD-19-dan qoxu hissinin itirilməsi qripdən hansı fərqi var?

COVİD-19 pandemiyası elan edildikdən sonra cəmiyyətdə artıq qripə yoluxan insanlar belə özlərinin koronavirusa yoluxmasından şübhə edirlər, halbuki həkimlər ilk günlərdən bu virusun adi qripdən daha mürəkkəb və fəsadlı xəstəlik olduğunu və simptomlarına görə seçildiyini bildirirlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa COVİD-19 əsas simptomu olan dad hissinin itirilməsi şikayətinin 95%-i qoxu hissinin azalması ilə bağlı olduğunu qeyd edib.

Qoxu hissinin itməsi nədir?

Qoxubilmənin pozulmasına anosmiya (qoxu hissinin tam itməsi), hiposmiya (qoxu hissinin azalması), parosmiya (təhrif olunmuş qoxu hissləri) və hiperosmiya (həddindən artıq qoxu həssaslığı) daxildir. Koronavirusa yoluxmuş şəxslərin əksəriyyətində qoxunun tam itməsi, bəzilərində isə qismən azalması baş verir. İybilmə funksiyasını yoxlamaq üçün 4 qoxu detektorları istifadə oluna bilər. Birinci üsulda xəstənin burnuna kəskin iyli naşatır spirti, ikinci üsulda – aseton, ya da benzin, üçüncü üsulda – kəskin iyli ətirlər və nəhayət dördüncü üsulda yemək qoxuları yaxınlaşdırıb iylədilir.

Dad-qoxu pozğunluqları ilə koronavirus arasında hansı əlaqə var?

Koronavirus əlamətlərinə hərarət, öskürək, həmçinin qoxu və dad hisslərində itkilər aiddir. COVID-19-un səbəb olduğu qoxu və dadın itməsi ilə qrip və ya soyuqdəymənin səbəb olduğu qoxu-dad itkisi arasında da əhəmiyyətli fərqlər var. Koronavirus xəstələrinin qoxusunun itməsi virusun burun, boğaz, dil arxasında yerləşməsi nəticəsində baş verir. Soyuqdəymə halında isə hava yolunun maneə törətməsi səbəbindən qoxu-dad hissi dəyişir. Qrip zamanı itən qoxu və dad itkisinə burun tıxanıqlığı səbəb olur. Soyuqdəymə və tənəffüs yolu virusları zamanı burun tıxanıqlığı dad hissini azaldır. Koronavirus isə dad hissinə birbaşa təsir edir və dadların tam dəyişməsinə gətirib çıxarır.

Ev şəraitində qoxu hissini necə yoxlamaq olar?

Əgər insan yemək qoxusunu hiss etmirsə, o halda onun burnuna kəskin iyli ətirlər yaxınlaşdırıb iylədilir. Əgər bu da effekt vermirsə, onda ən təsirli olan üsul, yəni naşatır spirti istifadə olunur.

İnsanlar bəzən qoxu hissinin itməsi ilə üzləşəndə təşvişə düşürlər. Bu halda bəziləri panikaya düşərək qoxubilmənin pozulmasının dərəcəsini müəyyən etmək məqsədilə tərkibində spirt olan məhlulları normadan artıq istifadə edirlər, bu da burnun kapilyarlarının zədələnməsinə səbəb ola bilər. Sizin onlara tövsiyənizi bilmək istərdik…

Belə vəziyyətdə tövsiyəm odur ki, qoxu reseptorları oyatmaq üçün tərkibi müalicəvi otlar olan “Composor 16” və “Sinusol” spreylərindən, ya da el arasında “Vyetnam mazı” adlanan müalicəvi maye balzamdan istifadə etsinlər.

Amerika alimlərinin apardığı elmi-tibbi tədqiqatların nəticəsinə əsasən, qoxu hissi itən insanlara qoxu məşqləri tövsiyə olunur. Qoxu məşqləri burun reseptorlarını məşq etməyə və siqnalları oyatmağa kömək edir. Əgər dadbilmə ilə iybilmə funksiyası birlikdə pozulursa, onda burada selikli epitel qişasında, qoxu reseptorlarında zədələnmə mövcuddur. Bu vəziyyətdə bir aylıq vitamin-mineral kompleksinin qəbulu təyin edilə bilər.

Qoxu və ya dad itkisi COVID-19-un erkən simptomu hesab edilə bilərmi?

Koronavirus pandemiyasının ən sərt dövründə yoluxmuş insanların əksəriyyətində dadbilmə və iybilmə hissinin azalması müşahidə olunurdu. Hazırda COVID-19-a yoluxmuş şəxslərdə bu şikayətlərə az-az rast gəlinir. Buna səbəb koronavirusa qarşı insan bədəninin müqavimətinin artmasıdır. Eyni zamanda, COVID-19-un virus yükü dəyişib. Dad və qoxu hissi bir-biri ilə sıx bağlıdır. Qoxunun itməsinin dad hissinə çox təsir etdiyini demək olar. Adətən dad hissinin itirilməsi şikayətinin 95%-i qoxu hissinin azalması ilə bağlıdır. İndi yoluxma zamanı daha çox baş və əzələ ağrıları müşahidə olunur. Dadbilmə hissinin itməsi daha tez bərpa olunur, nəinki iybilmə. Dadbilmə hissinin pozuntusu tez başlayır və 2-3 günə bərpa olunur. Amma iybilmə pozuntusunun bərpası daha çox vaxt aparır. Bəzi xəstələr var ki, onlarda qoxu itməsi bir həftəyə bərpa olunur, bəzilərində isə bu prosses aylarla davam edir.

Unutmamalıyıq ki, koronavirus yeni bir xəstəlikdir. Dadbilmə və iybilmə funksiyasının pozuntularının ciddi şəkildə görüldüyü və bərpasının hətta 1 ildən çox çəkdiyi xəstələrimiz var. Bu səbəbdən yoluxmamaq daha gözəl müalicə üsulu hesab edilir. Zamanında peyvənd olunmaq və COVID-19-a qarşı immunitet qazanmaq ən doğru seçimdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma