Bakı Zooparkında şir balası dünyaya gəlib

Bu yaxınlarda Bakı Zooloji Parkında yaşayan şirlərin birinin balası dünyaya gəlib.

TIME Trend-ə istinadən bildirir ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooparkını ziyarət edərək şir balasına baş çəkib, onun vəziyyəti və saxlandığı şəraiti ilə tanış olub.

Şirin anası təcrübəsiz olduğu və balasına baxa bilmədiyinə görə yeni doğulan şir balası ayrı yerdə saxlanılır. Hazırda bala xüsusi təchiz edilmiş isti otağa yerləşdirilib, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır.

Təxminən 3 kq çəkisi olan dişi cinsli şir balasının doğulması ilə zooparkda yerləşən şirlərin sayı 5-ə çatıb.

Məlum olduğu kimi, Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulmuş Bakı Zooloji Parkı cari ilin oktyabr ayında qapılarını yenidən ziyarətçilərə aç;b. Zooparkda saxlanılan heyvanlar üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, suni göl və hovuzlar və baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.

Bakı Zooparkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi ilə qeyd edilməlidir. Belə ki, zooparkının əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın Qırmızı Kitabına daxil olan növlərin təbii populyasiyaların artırılması və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün əlverişli şərait yaradılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma