Azərbaycanda 7400 yaxın əcnəbi tələbə təhsil alır

2021-2022-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, əcnəbi tələbələr Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edir.

2021-ci ildə 6 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisə başlanılıb.

Bu peşə təhsil səviyyəsi üzrə 15 ixtisasa tələbə qəbulu aparılıb və 820 nəfər tələbə adını qazanıb.

Leave a Reply