35 şagird təhsil müəssisələrindən kənarda zorakılığa məruz qalıb

2019-2020-ci illərdə 35 şagird təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalıb.

TIME bildirir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda qeyd edilib ki, bu həmin illərdə “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu təhsil müəssisələrində layihə psixoloqları ilə şagirdlərin söhbəti zamanı aşkar olunub.

Həmin şagirdlərdən 5-i seksual, 7-si fiziki, 5-i psixi zoralığa və 18-i isə qısnamaya məruz qalıb.

Leave a Reply