Məleykə Abbaszadə: Təhsilimizin ümumi səviyyəsi qalxmalıdır

Azərbaycanın təhsil sistemi ölkənin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu fikri Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” mövzusunda keçirilən konfransındakı çıxışında qeyd edib.

DİM sədri bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin inkişafında xüsusi yeri var. Prezidentimizin qeyd etdiyi kimi, təhsilimizin ümumi səviyyəsi təbii ki, daha da qalxmalıdır və təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı da o qədər çox artacaqdır. Bununla paralel olaraq, bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır”, – M. Abbaszadə deyib.

O, qeyd edib ki, təhsil işçilərinin əməkhaqqılarının artırılması təhsilin keyfiyyətinin təkmilləşdirilməsinə müsbət təsir göstərəcək, tələbələrin təqaüdlərinin artırılması onların sosial rifahının möhkəmlənməsinə imkan verəcək:

“Bu ildən ali və orta ixtisas təhsili alan gənclərə təhsil tələbə kreditlərinin verilməsinə başlanılması ali və orta ixtisas təhsilinin hamı üçün əlçatanlığına nail olunmasında mühüm bir addım kimi qiymətləndirilməlidir”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma