Karantin rejiminin müddəti uzadıldı

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılır.

Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti 2022-ci il yanvarın 1-də başa çatırdı.

Leave a Reply Cancel reply