Azərbaycan ailələrinin əsas problemi: Aşağı gəlir səviyyəsi və borc öhdəlikləridir

Bu gün Bakıda Ailə münasibətlərinə dair konfrans keçirilir və tədbir çərçivəsində sosioloji tədqiqatın nəticələri müzakirə edilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, konfransda çıxış edərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, yaxın zamanda yeni Ailə Məcəlləsi sənədinin hazırlanması gözlənilir və bu baxımdan Sosial Tədqiqatlar Mərkəzinin ailə dəyərləri ilə bağlı apardığı sorğu bu əhəmiyyət kəsb edir.

“Milli mənəvi dəyərlərə söykənən ailə dövlətin özəyini təşkil edir. Demokratik dövlətlərin həyata keçirdiyi siyasət insan resursuna yönəlməlidir. Bütün dünyada, o cümlədən Azərbaycanda da tarixən formalaşan ailə institutu var. Dövlət bu modelin qorunması üçün müxtəlif proqramlar icra edir”, – deyə Bahar Muradova qeyd edib.

Azərbaycanda mövcud ailə münasibətləri: “Sosial-Psixoloji Təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələri əhlil edilən zaman məlum olub ki, ölkədə ailələrin 54.4% kredit borcu var.

Rəyi öyrənilənlərin yarısından bir az çoxunun (54.4%) ödəməli olduğu kredit, 28.3 %-nin isə ödəməli olduğu digər borcu var, ailələrin 25%-nin isə kənar şəxsə borc verdiyini bildirib.

“Borc verməyənlərin sayının 75% olması yüksək rəqəm olub, ailələrin maddi vəziyyətinin borc verəcək səviyyədə olmadığını göstərir”, – tədqiqatın nəticələrində deyilir.

Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğular zamanı məlum olub ki, Azərbaycanda hər dörd ailədən birinin aylıq gəliri 501-1000 manat arasındadır və cəmi 4.7% ailə 1001 manatdan artıq gəlir əldə edir.

Rəyi öyrənilənlərin 35.5%-nin aylıq gəlir səviyyəsi (ailə olaraq) 1250 manat, 35%-nin isə 251-500 manat arası dəyişir:

“Ailələrin üçdə ikisində hər iki tərəf müxtəlif formalarda (əməkhaqqı, müavinət və s.) gəlir əldə edir. Övlad müstəvisində isə ailələrin 17.7%-də oğlanlar gəlir əldə edirsə, qızlar üçün bu göstərici 3,5% təşkil edir. 83.1% ailələrdə kişi ailəyə ən çox gəlir gətirən şəxsdir”, – məlumatda deyilir.

Tədbirdə çıxış edərək siyasi xadim Zahid Oruc qeyd edib ki, ümumiləşmiş halda demək olar ki, xaricdən ixrac olunan mal və xidmətlərdən daha çox indi biz kütləvi qaydada:

  • Dəyərlər sisteminin yadlaşması və əsasən qərbləşməsi
  • Qlobal informasiya məkanında sərhədsiz azadlığın gətirdiyi təhlükələri
  • Fərdiyyətçiliyin geniş yayılmasını
  • Qadın və kişilər arasında rolların yenidən bölünməsini
  • Ənənəvi ailə modellərinin əvəzləməyə iddialı olan alterantiv ailə modellərinin üstünlük qazanmasını
  • Uşaqsız ailə ideallarınn geniş təbliği və çağdaş dövrümüzdə Ailə institutunun mahiyyətinin dəyişməsinə və dünənədək əsas cəmiyyət institutları tərəfindən kəskin müqavimətlə qarşılanan davranışın bu gün normaya çevrildiyinin şahidi oluruq.

“İctimai rəy sorğularında Azərbaycan cəmiyyəti ailə münasibətlərinə əsas təhdid kimi sosial şəbəkələri qeyd edir (64%). Şəxsi münasibətləri, sirləri əldən almağa çalışanlar ailələrə açıq hücum edir. Əvəzində isə İmmunitet qüvvəmiz və əsas silahımız, məhz bizi dünya xəritəsində qoruyub saxlayan ailə dəyərlərini hifz etməkdir. Bu çağırış təkcə dövlət qarşısında deyil, daha çox cəmiyyətdən səfərbərlik və müqavimət tələb edir”, – deyə o qeyd edib.

Leave a Reply