Ticarət mərkəzlərində QR kod yoxlama sistemi qurulub – VİDEO

Ticarət mərkəzlərində COVID-19 pasportu daha tez yoxlamaq üçün yeni sistemlər quraşdırılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu tədbir COVID-19 üzrə vaksin pasportu və immunitet sertifikatının yoxlanılmasına görə yarana biləcək sıxlığın aradan qaldırılması, yoxlamanın asanlaşdırılması üçün ticarət mərkəzlərinin yoxlama məntəqələrində quraşdırılmış yeni cihazlar vasitəsilə ziyarətçilər vaksin pasportunda qeyd edilmiş QR kodu özləri skan edərək və ya şəxsiyyət vəsiqəsini cihazdan keçirərək ticarət mərkəzinə daxil ola biləcəklər. Hər iki üsuldan istifadə zamanı vətəndaşın məlumatları ekranda birbaşa əks olunur və vətəndaş yoxlamanın nəticəsi üzrə sərbəst şəkildə, gözləmədən hərəkəti davam etdirə bilir.

Yeni sistem 28 Mall, Gənclik Mall, Dəniz Mall, Port Baku Mall, Gəncə Mall ticarət mərkəzlərində quraşdırlıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 1 oktyabr tarixindən etibarən qüvvəyə minən qaydalara görə ticarət mərkəzlərinə hər 2 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı ilə daxil olmaq icazə verilir.

Leave a ReplyCancel reply