Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı yeni sərəncamlara dair brifinq keçirib – CANLI YAYIM

Ölkə Prezidentinin təhsillə bağlı sərəncamlarına dair təhsil naziri Emin Əmrullayevin brifinq keçirib.

TIME bildirir ki, tədbirdə nazir ki, ölkədə 1825 uşaq bağçası var ki, onlardan 1692-i dövlət müəssisəsinin olduğunu qeyd edib. Bu müəssisələrdə ümumilikdə 126 min 509 uşaq təhsil alır.

“Dövlət məktəbəqədər təhsil müəssisələrindəki uaşaqların sayı 120 min 485, özəl müəssisələrdəki uşaqların sayı isə 5124 nəfərdir. Təhsilin keyfiyyətinin artırılması baxımından məktəbəqədər təhsil önəmli pillədir. Eyni zamanda məktəbəqədər təhsildə əhatəlilik ölkənin rifahının, sağlamlığının, şagirdlərin nailiyyətlərinin əsas fundamentidir. Məktəbəqədər təhsillə bağlı son illər ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində ciddi işlər görülüb”, – nazir deyib.

Regional təhsil dairələrin yaranması məsələsindən bəhs edərək nazir bildirib ki, bu imkan verəcək ki, təhsil vahid formata keçirilsin.

E.Əmrullayev qeyd edib ki, Təhsil sistemi müəyyən səbəblərdən çox mərkəzləşmiş şəkildə fəaliyyət göstərir.

“Məsələn, bir müəllim dərs saatından narazıdırsa, birbaşa Təhsil Nazirliyinə müraciət edir. Problemlərin operativ şəkildə həlli baxımından bu bölgü olduqca vacibdir. Yerlərdə xidmətin keyfiyyətinin artırılmasının tərəfdarıyıq. Eyni zamanda da vətəndaşlardan müraciətin müvafiq bir şəkildə edilməsini istəyirik. Bəzən vətəndaşlar şikayətlərini düzgün formada çatdırmadığı üçün həmin problemin həlli uzun müddət çəkir. Amma şikayət konkret şəkildə verilsə, biz daha operativ qaydada həll edə bilərik. Bəzi problemlər var ki, onların həlli yoxdur. Məsələn, əgər vətəndaş tədris aldığı dili bilmir və diplomunun tanımmasını istəyirsə, bu, mümkün deyil”, – deyə nazir əlavə edib.

Onun sözlərinə görə, uzun sözü qısası regional təhsil idarələrin yaradılması yerlərdə gündəlik cari məsələlərin daha sürətli həllinə gətirib çıxaracaq.

Vakant iş yerlərindən bəhs edərkən nazir qeyd edib ki, 500-dən artıq direktor vəzifəsi boşdur.

“Uzun müddət də boş saxlaya bilmərik. Təyinatlar üçün rəqabət sistemi qurmağa çalışırıq. Rəqabətli əməkhaqı sistemini qurmaqla hesab edirəm ki, bu problem həllini tapacaq”, – deyə nazir qeyd edib.

Nazir bildirib ki, təhsil sistemi genişdir. Problemlərin olması qaçılmazdır.

Məktəblərdə pul yığılması məsələsi ilə bağlı suala cavab verərək E. Əmrullayev bunun qeyri-qanuni olduğunu qeyd edib.

“Hələ mən məktəbdə oxuyanda belə hallar olurdu. Bu, bizim cəmiyyətin xroniki problemidir. Azərbaycanda icbari təhsil pulsuzdur. Valideyn Müəllim Assosiasiyaları Təhsil Nazirliyinin qurumu deyil. Bu, ictimai qurumdur. Bu birliklərin yaradılması əslində faydalıdır. Ancaq qanunsuzluq varsa, valideyn ora üzv olmaya, üzvlük haqqı verməyə və iclaslarına getməyə bilər. Bu, valideynlərin idarə etdiyi bir qurumdur”, – deyə nazir bildirib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma