BNA gələn il elektrik avtobuslar istifadəyə verəcək

Bakı Nəqliyyat Agentliyi ötən 6 ildə avtobus parkının 34%-i ekoloji təmiz, “Avro6” standartlı, CNG yə avtobuslara əvəzlənib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2022-ci ilin sonunadək bu rəqəmi 75%-ə çatdırmaq və elektrikli avtobusları istismara vermək nəzərdə tutulub.  

Dizellə işləyən avtobuslarla müqayisədə CNG ilə işləyən avtobuslardan havaya atılan karbon qazı 30%, azot dioksid isə 32% daha azdır.

2015-ci illə müqayisədə 2019-cu ildə avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 3,3% (32,5 ton), adambaşına düşən göstərici isə 5,8%, yaxud 5,9 kq azalıb. 

Sağlam, ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadə bu gün iqlim dəyişikliyinə töhfə verə biləcək ən uğurlu alternativ nəqliyyat vasitəsidir. Velosipedin nəqliyyat vasitəsi kimi populyarlaşdırılmasını hədəfləyərək velosiped yolları və zolaqlarının təşkili üzrə də işlər görür. 

Aktiv mobillik növlərinin təşviqi, rahat piyada hərəkəti və velosiped sürmək üçün şəraitin yaradılması istiqamətində tədbirlər davam etdirilir.

Leave a Reply Cancel reply