Dekabrın 13-dən 18-dək 108,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.
Weekly informative report about the areas released and the items found during the humanitarian #demining operations conducted in the recently liberated territories by the Mine Action Agency of the Republic of Azerbaijan (13.12.2021 – 18.12.2021) pic.twitter.com/QH1EzEdtMo
— ANAMA (@ANAMA_gov_az) December 20, 2021
Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 2 piyada əleyhinə mina, 18 tank əleyhinə mina və 166 partlamamış hərbi sursat aşkarlanıb.