Xınalığa çəkilən yeni yol çöküb-Hansı alternativ yol var?

Quba-Susay-Xınalıq avtomobil yolu çöküb və avtomobillərin hərəkət etməsi mümkün deyil.

TIME Trend-ə istinadən bildirir ki, yeni çəkilməkdə olan Quba-Xınalıq yolunun Qrız kəndi yaxınlığındakı ərazidə torpaq sürüşməsi baş verib. Hazırda bu ərazidə avtomobillərin hərəkət etməsi mümkün deyil.

“Vətəndaşlardan xahiş edirik ki, mövcud Quba-Qəçrəş-Xınalıq yolundan istifadə etsinlər. Çünki digər yol tikinti altında olduğundan təhlükəlidir. Hələ o yolda tikinti işləri davam edir. İnsanların öz təhlükəsizliyi naminə tikintisi yekunlaşmayan yoldan istifadə etməsi məqbul sayılmır”, – deyə qurum rəsmisi bildirib.

Leave a Reply