Müdafiə sənayesi istehsal həcmini artırır

Müdafiə Sənayesi Nazirliyi gələn ildən məhsul çeşidini və istehsalını dahada artıracaq.

TIME bildirir ki, müdafiə sənayesi naziri Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə qeyd edib ki, bu il qurumun müəssisələrində istehsal olunmuş ümumi məhsul həcminin 60%-dən çoxu ixraca yönəldilib.

“Bunun nəticəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilməklə ümumi istehsal həcminin 2020-ci illə müqayisədə 10% artmasına nail olunub”, – nazir deyib.

Nazirin sözlərinə əsasən, 2022-ci ilin birinci yarısında 66 adda yeni silah və texnikanın seriyalı istehsalına başlanılacaq.

“Biz gələyəcə nikbin baxırıq. Azərbaycan heç vaxt bugünkü kimi güclü və qüdrətli olmayıb. İndi dünyada Azərbaycanın səsinə diqqətlə qulaq asılır. Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları xoşbəxtdirlər ki, nazirliyin zavodlarında istehsal olunan silahlar düşməni məhv edib. Bu, bizə qismət oldu. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı qələbədə Müdafiə Sənayesi Nazirliyində çalışan əməkdaşların da müstəsna xidmətləri var. Nazirliyin 72 əməkdaşı müharibədə iştirak edib. Onlardan üçü şəhid olub, yeddisi isə yaralanıb. Hazırda nazirlikdə işləyən əməkdaşlar Birinci Qarabağ müharibəsində də xüsusi şücaət göstəriblər, – deyə nazir tədbirdə çıxış edərkən qeyd edib.

Leave a Reply