MTK-lar qaz sayğaclarını mənzil sahiblərinə 500 manata satırlar

“47 manat dəyəri olan qaz sayğacları üçün bir sıra mənzil-tikinti kooperativlərinin (MTK) mənzil sahiblərindən 500 manat istəməsi qeyri-qanunidir”.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu sözləri bu gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev KİV və QHT nümayəndələri ilə təşkil olunan növbəti “Açıq qapı” aksiyası zamanı bildirib. Baş direktor aksiyada mətbuat nümayəndələri tərəfindən ünvanlanan bütün sualları cavablandırıb. Bəzi MTK-larda sayğacların quraşdırılması üçün vətəndaşlardan müəyyən ödənişlərin tələb olunması ilə bağlı suala aydınlıq gətirən Ruslan Əliyev bildirib ki, bu ilin iyul ayından etibarən çoxmərtəbəli evlərin də qazlaşdırılması zamanı qaz sayğaclarının quraşdırılmasına görə heç bir ödəniş alınmır”. Birlik rəhbərinin sözlərinə görə bəzi binalarda MTK rəhbərləri özlərini binanın sahibi kimi aparırlar. “Amma hüquqi cəhətdən baxsaq, vətəndaşlar bilməlidir ki, binanın sahibi onların özləridir. Onlar bu MTK-larda payçıdırlar”. Baş direktor bu cür MTK-larda yaşayan sakinlərə müraciət edərək bildirib ki, belə hallarda heç bir ödəniş etməsinlər. Ruslan Əliyev istixana sahiblərinin mövcud borcunun silinməsi və ya hansısa güzəştlərin olunması ilə bağlı sualı da cavablandırıb. “Bu gün Azərbaycandakı istixanalardan qaz pulunun yığım səviyyəsi 70%-dir. Bu ilin sonuna qədər biz yığım səviyyəsini 80%-ə çatdırmaq niyyətindəyik. Mütəmadi olaraq sahibkarlarla görüşlərimiz olur. Görüş zamanı sahibkarlar “Azəriqaz” İstehslat Birliyinə olan borclarını qeyd edirlər. Təəssüflər olsun ki, bəzi sahibkarlar verdiyi vədi tutmurlar. Bu görüşlər o demək deyil ki, biz onların borcunu silməklə məşğuluq. Sahibkarların borclarının silinməsi “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətində deyil”, deyə – Birlik rəhbəri qeyd edib. 

Bundan əlavə görüş zamanı baş direktor vətəndaşlar və QHT nümayəndələri tərəfindən sosial şəbəkələr üzərindən ünvanlanan suallara da aydınlıq gətirib. Ruslan Əliyev ünvanlanan suallar zamanı heç kimə hansısa bir məhdudiyyətin qoyulmadığını, istənilən şəxsin qaz təchizatı ilə bağlı sualını açıq şəkildə ünvanlaması üçün şəraitin yaradıldığını qeyd edib. Daxil olan müraciətlərin cavablandırılması yaranan nöqsanları minimuma endirdiyinə görə baş direktor KİV və QHT nümayəndələrini “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, hər həftə keçirilən “Açıq qapı” aksiyası Birliyin baş direktoru Ruslan Əliyevin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır. Bu da Birlik tərəfindən şəffaflığın qorunmasına xidmət edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma