İpoteka Fondu alıcıların istəyinə uyğun ünvanlarda mənzillər təklif edir

Hazırda mənzil fondunda lazımi qədər mənzil mövcuddur və əlavə tələbat yaranarsa, vətəndaşların istəkləri nəzərə alınmaqla yeni mənzillər alına bilər.

TIME Trend-ə istinadən bildirir ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən bu günədək kirayə mənzil mexanizmi çərçivəsində 1242 mənzil vətəndaşlara təhvil verilib.

“Fond tərəfindən vətəndaşlarla müxtəlif kommunikasiya vasitələri ilə mütəmadi sorğular (1549 Çağrı mərkəzinə edilən zənglər, ASAN Xidmət mərkəzlərində vətəndaşlarla keçirilən görüşlər) həyata keçirilir və həmin sorğular təhlil olunaraq, vətəndaşların yaşayış sahələrinə dair istək və tələbləri öyrənilir. Bu sorğular nəzərə alınmaqla Fond tərəfindən hazırda artıq 8 fərqli ünvanda Bakı şəhərində (Xətai ray – Gəncə pr, Lütfi Zadə küçəsi, Nizami ray – M.Abbasov küçəsi), Sumqayıt şəhərində (Sülh və Bulvar küçələri) və Abşeron rayonunda vətəndaşlara mənzillər təklif olunmaqdadır” – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma