FHN operativliyini artırmaq məqsədi ilə motosikletlər alıb

Fövqəladə Hallar Nazirliyi ölkədə baş verən hadisələr zamanı magistral yollarda tıxacları sürətlə ötərək əraziyə operativ çatmaq üçün xüsusi motosikletlər alıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov onuda qeyd edib ki, yeni motosikletlər xüsusi vasitələrlə təchiz edilib: “Magistral yollarda tıxaclar çoxdur. Ona görə də hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq. Texniki və təbii fəlakətlərdən heç kim sığortalanmayıb. Biz çalışırıq ki, işimizi, peşəkarlığımızı daha da artıraq. Bu məsələ bizim qarşımızda duran məsələlərdən biridir”, – deyə nazir bildirib.

Nazir eyni zamanda əhaliyə müraciət edərək qeyd edib ki, Azərbaycanda hadisələr zamanı mülk sahiblərinə dəymiş ziyanın ödənilməsi üçün əmlakların sığortalanması vacibdir və mülk sahibləri, sahibkarlar əmlaklarını sığortalamalıdırlar.

“Ölkəmizdə bir neçə sığorta şirkəti var. Onların sığorta ilə bağlı məbləği də o qədər yüksək deyil. Dünya praktikası var. Buna hər bir vətəndaş əməl etsə, heç bir problemimiz olmayacaq”, – deyə nazir müraciətini yekunlaşdırıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma