FHN minatəmizləyən robotlar alacaq

Azad olunmuş ərazilərdə minaların təmizlənməsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəaliyyətini davam etdirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanın azad olunmuş ərazilərindəki minaların təmizlənməsi bir günlük iş olmad;];na qeyd edib.

“Verilən xəritələr düzgün xəritələr deyil. Xəritələr düzgün verilmədiyindən də bu ərazilərdə minaların təmizlənməsi çətindir. Artıq ərazilər təmizlənir. Prezident İlham Əliyevin göstərişi ilə minatəmizləyən alay yaratmışıq. Minatəmizləyən robotlar alınmaq üzrədir. Bu barədə danışıqlar gedir”.

Nazirin sözlərinə əsasən, bununla yanaşı xüsusi təlim olunmuş itlər hazırlanır.

“Bu ərazilər təmizlənmədən sonra infrastruktur qurulacaq, kənd təsərrüfatının inkişafı üçün şərait yaradılır. Ərazilərdə infrastruktur qurulandan sonra əhalinin təhlükəsiz yaşayışı təmin ediləcək”.

Leave a Reply