Beynəlxalq bestsellər müəllifi Rod Cadkins təhsildə yaradıcılıq haqda

Beynəlxalq bestsellər müəllifi Rod Cadkins “Yeni çağırışlar”da.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 17 dekabr saat 20:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.  Proqramın budəfəki qonağı beynəlxalq betsellər müəllifi, yazıçı və yaradıcı düşüncə üzrə mütəxəssis Rod Cadkins olacaq. Rod Cadkins ilə təhsildə yaradıcılıq barədə danışılacaq.

Rod Cadkinsin “Yaradıcı düşünmə sənəti”,  “Dəyərli işlər gör”, “Düşüncəni dəyiş” kitabları yaradıcı düşüncə, mədəniyyət və psixologiya mövzularında ən çox satılan kitablardan bir neçəsidir. Onun kitabları 15-dən çox dilə tərcümə olunub.

Qeyd edək ki, proqramı yuxarıda qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

“Yeni çağırışlar” Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. 

Leave a ReplyCancel reply