ANAMA ilə MAG qeyri-hökumət təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Böyük Britaniyanın MAG qeyri-hökumət təşkilatı 1989-cu ildən bu günədək dünyanın 70 ölkəsində olan 20 milyon insana müharibədən sonra normal həyata qayıtmağa və yaşamaq üçün münasib şərait yaratmağa kömək edib.
Qurum münaqişədən təsirlənmiş ərazilərdə minaların, kasset sursatların və partlamamış bombaların yerini müəyyənləşdirir və məhv edir.
MAG hər il Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Avropada bir milyondan çox insana kömək edir.
https://platform.twitter.com/widgets.jsANAMA ilə MAG qeyri-hökumət təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
— ANAMA (@ANAMA_gov_az) December 16, 2021
Memorandum of Understanding was signed between ANAMA and @MAGsaveslives non-governmental organization#ANAMA #MAG #Azerbaijan #UK pic.twitter.com/qFfYJ5PyUX
Qeyd edək ki, ANAMA son bir il ərzində işğaldan azad edilmiş Azərbaycan torpaqlarında 78,3 ha ərazini minalardan və bombalardan təmizləyib.