Alimentinizi və ya borc verdiyiniz pulu necə ala bilərsiniz? – VİDEO

Azərbaycan Ədliyyə Nazirliyi “Facebook” sosial şəbəkəsində canlı yayımda “Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda sual-cavab sessiyası keçirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sual cavab sessiyası zamanı alimenti və ya digər borcları müxtəlif səbəblərə görə ala bilməyən şəxslərin nə etməli olduqları ilə bağlı tövsiyələr verilib.

Aliment verməli olan şəxs xaricdədirsə, aliment alan şəxs nə etməlidir?

Bəzi borcluların xaricdə yaşaması aliment işlərinin icrasında çətinliklər yaradır. Bəzən icra sənədləri icraya gəlmədən əvvəl borclular xarici ölkədə yaşayırlar. Sənədlər icraya daxil olduqdan sonra borclunun yaşayış yeri müəyyən olunmadıqda həmin borcluların axtarışları ilə bağlı icra məmurunun qərarı ilə tədbirlər görülür. Təbii ki, ölkə ərazisində polis orqanları tərəfindən axtarışlar aparılır. Bu axtarış nəticə vermədikdə dövlətlərarası axtarışla bağlı müraciət olunur. Tələbkarlar da bilməlidir ki, xarici dövlətdə yalnız cinayət işləri ilə əlaqədar saxlanılma və təhvil verilmə həyata keçirilir. Mülki işlərlə əlaqədar borcluların saxlanılması və təhvil verilməsinin həyata keçirilmədiyini qeyd edib.

Dövlətlərarası axtarışa verilsə belə, yalnız həmin dövlətlərin polis orqanları tərəfindən bu şəxslərin yerinin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir və bizə məlumat verilir. Biz də tələbkara deyirik ki, həmin dövlətin məhkəmələrinə müraciət etsin. Təbii ki, məhkəməyə müraciətdən sonra beynəlxalq əməkdaşlıq vasitəsilə həmin ölkənin ərazisində qərarın icra olunması ilə bağlı tələb verilir.

Alimentlərin verilməsində hansı çətinliklər var?

Aliment tələblərinə dair icra sənədlərində çətinliklər çoxdur. Əsas çətinliklər borcluların iş yerlərinin, gəlirlərinin olmaması, maddi vəziyyətlərinin aşağı olması, pandemiya ilə bağlı yaranmış şərait, borcluların ağır xəstə, əlilliyinin olması, yaşayış yerlərinin olmaması və sairdir.

Borclu və tələbkarlar arasında icra sənədlərinin icrasına məsuliyyətsiz yanaşılması halları da olur: “Bir icra məmurunun icraatında 200-500 icra işi varsa, tələbkarlar bunu nəzərə almalıdırlar. Hər ay alimentin ödənilməsini istəyirlərsə, məbləğ ödənilmədiyi halda tədbirlər görülməsi üçün icra məmurunu rəsmi şəkildə məlumatlandırmalıdırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma