Sözlərin alt qatlarındakı mənaları üzə çıxarmağı sevən şairin 75 yaşı tamam oldu

Azərbaycan şairi Ramiz Rövşənin bu il yubileyidir – şairin 75 yaşı tamam olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti və İttifaqın sədri Rüstəm İbrahimbəyov şairi təbrik ediblər və bu münasibətlə züsusi məqalə dərc ediblər.

Məqalədə şairin özünəməxsus dəst-xətti olduğu və bütün önəmli qələm sahibləri kimi onun da yaradıcılığının hər zaman müzakirə obyektinə çevrildiyi qey edilib. Sadəcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda belə tanınan Ramiz Rövşən üçün vətən anlayışı, millət anlayışı böyük məfhumdur.

“Şair üçün şer yazmaq su içmək qədər asan ola bilər, ancaq necə ki, su gərəkdiyi yerdə bərqərar olana qədər müəyyən məsafə qət edirsə, yazılan şerin ictimaiyyət arasında nə dərəcədə diqqətdə durması üçün də zaman lazımdır. Buna görə şer yazmağın hələ işin başlanğıcı olduğunu düşünmək olar” – deyə şair, yazıçı, kinossenarist sənət adamlarının peşəsinin əhəmiyyətini qeyd edib.

Ramiz Rövşənə görə, şair yazdığı  şerin son nöqtəsini qoyduğu andan vəzifəsi bitir. Hətta şair heç şerin çapı haqqında belə düşünmür.

İlk dəfə 1970-ci ildə ilk kitabı nəşr olunub. Sonralar çap edilən şeirlərinin oxucular tərəfindən böyük maraqla, sevgiylə qarşılandığını görən şair hətta çox təəccüblənib. Səbəbini belə izah edib: “Yazdığım şerlər o qədər də sadə deyil. Mən arxetiplərlə işləməyi, sözlərin alt qatlarındakı mənaları üzə çıxarmağı sevirəm”.

R.Rövşən uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Mozalan” satirik kinojurnalı studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992) olaraq çalışıb. Ssenariləri əsasında bədii və sənədli filmlər çəkilib, çox sayda filmlərin mahnı mətnini yazıb, bir çox filmlərin redaktoru olub. Həmin filmlərdən “Babamızın babasının babası”(ssenari müəllifi-1981, “Əzablı yollar”(mahnı mətnlərinin müəllifi-1982), “Evlənmək istəyirəm”(redaktor və mahnı mətnlərinin müəllifi-1983), “Şəhərli biçinçilər”(ssenari müəllifi-1986), “İşarəni dənizdən gözləyin”(ssenari müəllifi, şer müəlifi-1986), “Süd dişinin ağrısı”(ssenari müəllifi-1987), “Kişi sözü”(mahnı mətnlərinin müəllifi-1987), “Gecə qatarında qətl”(mahnı mətnlərinin müəllifi-1990), “Özgə vaxt”(ssenari müəllifi-1996), “Məkanın melodiyası”(ssenari müəllifi-2004), “Əlvida, cənub şəhəri”(redaktor, mahnı mətnlərinin müəllifi-2006),  “Qala”(ssenari müəllifi, şer müəllifi-2008 və s. misal göstərmək olar.

Ramiz Rövşən-«Yağış yuyur, gün qurudur»

Bu yerləri bu göyləri
Yağış yuyur ,gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur ,gün qurudur.

Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur ,gün qurudur.

Gələn nədi ,gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur ,gün qurudur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma