Bakıda təmir işləri ilə əlaqədar su məhdudiyyətlə veriləcək

Bu gün, dekabrın 15-də, Bakı şəhəri Xətai rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Azərsu” ASC-nin Xətai rayonu Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində apardığı təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Leave a Reply