Təhsil nazirinə yeni vəzifə verilib

Təhsil naziri Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sonra Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.

Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyanın yeni prezidenti seçilib.

Konfransda, həmçinin Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyətinə üzv seçiliblər.

Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıb.

Leave a Reply