Lənkəran-Astara zonasında intensiv yağış yağır

Bu gün Azərbaycan bir çox regionunda yağış yağıb. Yağıntılar əsasən Lənkəran-Astara zonasında intensiv olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, düşən yağışın miqdarı: Lənkəranda 21.0 mm, Astarada 8.0 mm, Zərdab, Salyan, Hacıqabul, Neftçalada 3.0 mm, Biləsuvar, Lerik, Xaçmazda 2.0 mm, Quba, Naftalan, Şəmkir, Ağdam, Bərdə, Yevlax, İmişli, Cəfərxanda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 2.0 mm, Sumqayıtda 1.0 mm-dək olub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7°-dək isti, aran rayonlarında 6-9° isti, dağlıq rayonlarda 2-4° şaxta, Naxçıvan MR-da 0-6° şaxta olub.

Leave a Reply