Erməni futbolçuları Azərbaycan bayrağını təhqir ediblər – VİDEO

Baş Prokurorluq erməni futbolçularının Azərbaycan bayrağını təhqir etməsi ilə bağlı cinayət işinə başlayıblar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ermənistanın hərbi-siyası rəhbərliyi özünün təcəvüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı təxribat yönümlü hərəkətləri davam etdirir.
Belə ki, bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılıb. 

Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
İş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə  cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə  cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilməsi nəzərdə tutulub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma