Ambulator xidmət üçün göndəriş vərəqəsi tələb olunmayacaq

İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün verilən göndərişlərdə yeniliklər olacaq.

TIME Trend-ə istinadən bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov bu həftə ərzində göndəriş vərəqələrinin verilməsi qaydalarında bəzi dəyişikliklər ediləcəyini deyib.

“Müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək yalnız stasionar yatış üçün dövlət tibb müəssisələrində göndəriş vərəqəsi tələb olunacaq. Hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsi tələb olunmayacaq. Vətəndaş dövlət tibb müəssisəsində ambulator tibbi xidmət və müayinələrdən göndəriş vərəqəsiz keçə biləcək. Stasionar xidmətə ehtiyac yarandıqda, ya müayinə edən həkim və ya ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin edir və göndəriş əsasinda planlı yatış xidmətindən istifadə mümkün olur”, – deyə şöbə müdiri qeyd edib.

A.Ələkbərov bildirib ki, bundan başqa dəyişikliklər nəzərdə tutulub.

“Digər yenilik odur ki, vətəndaş birbaşa göndərişsiz özəl tibb müəssisəsinə müraciət etdikdə və təcili xidmətə ehtiyac olduqda bu halda bizimlə müqaviləsi olan tibb müəssisəsi agentliyin mail ünvanında sorğu yaradır və agentliyin əməkdaşları tərəfindən həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, Xidmətlər Zərfinə daxil olub-olmaması araşdırılır. Xəstəliyin həqiqətən təcililiyi əsaslandırılanda və bu xidmət dövlət tibb müəssisəsində olmadıqda mail vasitəsilə həmin xəstəyə tibbi xidmətin göstərilməsi uyğun görülür. Amma hər hansı planlı əməliyyat və ya digər planlı xidmətlər üçün vətəndaş birbaşa özəl tibb müəssisəsinə müraciət etdikdə ona öz hesabına xidmətlər göstəriləcək”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma