UEFA Çempionlar Liqasının püşkatma nəticələrinin ləğv edilməsi səbəbi açıqlanıb

İsveçrənin Nyon şəhərində keçirilmiş UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma nəticələri ləğv edilib.

TIME Trend-ə istinadən bildirir ki, buna səbəb püşkatma zamanı qeydə alınan texniki səhv olub.

Belə ki, eyni qrupdan çıxmış “Atletiko” (Madrid, İspaniya) və “Liverpul” (İngiltərə) potensial rəqib kimi göstərilib.

Yeni qərara əsasən, püşkatma mərasimi Bakı vaxtı ilə saat 18:00-da təkrar keçiriləcək.

Qeyd edək ki, püşkatmaya əsasən bu komandalar üz-üzə gəlməli idi:

“Benfika” (Portuqaliya) – “Real” (İspaniya);

“Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə);

“Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya);

“Zaltsburq” (Avstriya) – “Liverpul” (İngiltərə);

“İnter” (İtaliya) – “Ayaks” (Niderland);

“Sportinq” (Polrtuqaliya) – “Yuventus” (İtaliya);

“Çelsi” (İngiltərə) – “Lill” (Fransa);

“PSJ” (Fransa) – “Mançester Yunayted” (İngiltərə).

Qeyd edək ki, 1/8 final mərhələsinin matçları 2020-ci fevralın 15-16, 22-23-də və martın 8-9, 15-16-da keçiriləcək.

Final matçı mayın 28-də Sankt-Peterburqun “Qazprom Arena” stadionunda baş tutacaq.

Leave a Reply Cancel reply