Şaftalı şirəsi adı ilə alma şirəsi satan müəssissə aşkarlanıb

Suraxanıda şaftalı şirəsi adı ilə alma şirəsi satan antisanitariya şəraitində fəaliyyət göstərən müəssissə aşkar edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Aşıq Pəri 303A ünvanında  fəaliyyət göstərən fiziki şəxs İbrahimov Əlif Lətif oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsinə baxış keçirilib.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Belə ki, müəssisədə istehsal olunan “Good Life” əmtəə nişanlı şaftalı şirəsi tərkibli meyvə içkisinin etiket məlumatlarında  istehsalda şaftalı püresinin istifadə olunduğu göstərilsə də, faktiki istehsal prosesində alma püresi və şaftalı aromatizatorundan istifadə edildiyi, xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, istehsal və yardımçı sahələrin girişində dezbaryerlərin quraşdırılmadığı, çalışan işçi heyətin müvafiq iş geyimləri ilə təmin olunmadığı, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq  müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma