Qanunsuz balıq ovu edən Azərbaycan vətəndaşları saxlanılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Yenikənd su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Gülağa Qasımov, İsmayıllı rayon sakini Ramil Məhərrəmov, Xaçmaz rayon sakini Xəqani Müseyibov, Şəmkir rayon sakini Səbuhi Səfərov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Neftçala rayonunda isə qanunsuz ov edən Bakı şəhər sakinləri Zaur Namazov, Zahir Həsənov və Elşad Şükürov saxlanılıb.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanuna müvafiq tədbirlər görülüb”.

Leave a Reply Cancel reply