Müəssisə və təşkilat rəhbərlərinə kiberdələduzluqla bağlı xəbərdarlıq!

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti -Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Azərbaycanın yeni dələduz “beyin mərkəzi” barədə müəssisə və təşkilat rəhbərliklərinə, eləcədə maliyyə struktur bölmələrinə xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aşağıda göstərilmiş dələduzlar (Şahin və Pərviz Rəcəbovlar) müxtəlif müəssisə və təşkilatlara hesab-faktura göndərib, daha sonra maliyyə şöbəsinə zəng edərək, təcili ödəniş etməli olduqlarını, ödəniş olunmazsa sayt və mail xidmətlərinin dayandırılacağını qeyd edir.

Eyni zamanda rəhbərliyin adından istifadə edərək ödənişin razılaşdırıldığını və ödənişin gecikdiyi üçün dərhal edilməli olduğunu qeyd edir.

Qeyd etmək lazımdır ki, hesab faktura dələduzluq vəziyyətindən qorunmaq üçün ifadələr yayındırılmış formada göstərilib. Dələduzluq fəaliyyətinin üstü açıldıqda isə dələduzlar vəziyyətdən çıxmaq üçün təkliflərinin hostinq xidməti deyil sadəcə Şirkət məlumatlarının başqa saytda yerləşdirdiklərini (kataloq kimi) və buna görə ödəniş istədiklərini qeyd edirlər.

Vətəndaşlardan və zərərçəkmişlərdən bənzər hallarla qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına şikayət etməkləri xahiş olunur. Kiçik OSİNT ilə dələduz barədə əldə olunan digər məlumatlar da yuxarıda göstərilib.

Leave a ReplyCancel reply