Bakı qəsəbəsində nə baş verir?

Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsini uzun müddət ərzində yağıntılar zamanı tez-tez su basıb, tullantı suların idarə edilməsi ilə problemlər yaşanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  Bakı şəhəri Suraxanı rayonunda əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb. Rayonun Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsində yaradılan infrastruktur tullantı suların ekoloji tələblərə uyğun  idarə olunmasını təmin edəcək, eyni zamanda yağıntılar zamanı subasma hallarının qarşısını alacaq. 

Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayıb. Tullantı suları əhali tərəfindən fərdi qaydada çəkilmiş xətlər vasitəsilə kənarlaşdırılıb. Primitiv xətlər tikinti normalarına cavab vermədiyindən tullantı sularının idarə olunmasında problemlər yaranırdı. Xüsusilə intensiv yağıntılar zamanı vəziyyət daha da çətinləşirdi. Atamoğlan Rzayev küçəsi çökək ərazidə yerləşdiyindən yağıntılar zamanı tez-tez subasma halları baş verirdi.

Burada yaranan tullantı sularının mərkəzləşdirilmiş şəkildə toplanıb kənarlaşdırlmasını təmin etmək məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və yeni infrastrukurun qurulmasına başlanılıb. Layihəyə əsasən müxtəlif diametrli borularla 1,3 km  uzunluğunda tullantı su xətləri inşa edilir.  Yeni yaradılan şəbəkədən 1000-dək ünvana birləmə veriləcək. Eyni zamanda yeni şəbəkə yaxınlıqdan keçən 500 mm diametrli mövcud kollektora birləşdiriləcək.

Tullantı sularının optimal idarə edilməsi məqsədilə həyata keçirilən bu layihə əhalinin məişət şəraitinin yaxşılaşdırmaqla yanaşı, ərazidə ekoloji təhlükəsizliyin təminatı baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma