Banklara informasiya təhlükəsizliyi standartlarının tətbiqinə vaxt verilib

2022-ci ilin aprelinədək Azərbaycan banklarına informasiya təhlükəsizliklərini ISO 27000 standartına uyğunlaşdırmaq tapşırılıb.

TIME bildirir ki, Azərbaycan Mərkəzi Bankının IT departamentinin rəhbəri Anar Quliyev Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda qeyd edib ki, artıq standarta uyğunluq qaydaları hazırlanıb.

“Bu uyğunluq qaydaları 2021-ci ildə ölkədəki bütün banklarla birgə hazırlanıb və 2021-ci ilin iyununda təsdiqlənib. Bu standartların tətbiqinin çətinliyini nəzərə alaraq biz banklara vaxt vermişik. Bu müddət 2022-ci il aprelində başa çatacaq”, – deyə o, bildirib.

Qeyd edək ki, ISO/IEC-27000* standartlar ailəsi informasiya təhlükəsizlyinin idarəetmə sistemini müəyyən edir, ISO/IEC-27001 standartı isə ISO/IEC-27000* standartlar ailəsinin əsasını təşkil edir.

Bu standart riskləri, sənədli informasiya dövriyyəsini, insan resurslarını, fiziki mühafizəni, İKT-məhsulun həyat tsiklini, İKT-xidmətləri, maddi-texniki təchizatı idarəetmə üzrə proseslər, anlayışları əhatə edir. 

Leave a Reply Cancel reply