Azərbaycanda media subyektlərinə dəstək və güzəştlərin tətbiq ediləcək

Medianın İnkişafı Agentliyi media subyektlərinə dəstək və güzəştlərin tətbiq edilməsi ilə bağlı planlarını açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 9 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Media sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərin müzakirəsinə həsr olunmuş görüşdə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanının müvafiq sahədə islahatların yol xəritəsi olduğu vurğulanıb, Fərmandan irəli gələrək normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində həyata keçirilən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatəsi barədə geniş məlumat verilib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov tədbirdə bildirib ki, onlayn media subyektlərinə güzəştlərin müəyyən edilməsi üzərində müvafiq nazirlikdə iş gedir. Xarici ölkədə yerləşən serverlərin daxili data mərkəzə yerləşdirilməsi üçün aidiyyəti nazirlikdə İşçi qrup yaradılıb.

O qeyd edib ki, hazırda çap mediası və onlayn mediaya dəstək göstərilir:

“Biz media subyektlərinin inkişaf etməsinə dəstək göstəririk. Maddi dəstək sırf inkişafa meyilli olmalıdır. Bu maddi dəstək və vergi güzəştlərinin tətbiq olunması media subyektləri arasında rəqabətin formalaşmasına kömək edəcək. Eyni zamanda jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı da işlər gedir. İndiyə qədər keçirilən təlimlər media nümayəndələrinin peşəkarlığının inkişafına müsbət təsir göstərib”, – deyə Ə.İsmayılov vurğulayıb.

“Media haqqında” qanun layihəsi, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, media subyektləri və jurnalistlərin peşəkarlıq meyarına uyğun fəaliyyət göstərə bilmələri üçün hüquqi təminatın yaradılması haqqında fikirlərini bölüşən görüş iştirakçıları, eyni zamanda, media və biznes strukturları arasında platformanın yaradılması və media dəstək layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərə diqqət çəkiblər.

Ə.İsmayılov onuda qeyd edib ki, KOBİA ilə müzakirələr davam etdirilir. Müfaviq qurumların media sahəsinin kömək xarakterli təklifləri dəyərləndirilir və media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanının təmin olunması planlaşdırılır:

“Eyni zamanda MEDİA və biznes subyektləri arasında platformanın yaradılması planlaşdırılır. Mediaya dəstək layihələrinin yeni qaydaları hazırlanıb. 18 çap mediası ilə yanaşı, ilk dəfə 39 veb-sayta maliyyə yardımının göstərilməsinə başlanılıb”, – deyə Ə. İsmayılov bildirib.

O bildirib ki, bu istiqamətdə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə görüşlər keçirilib, müzakirələr aparılıb və bununla bağlı Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi üçün sənəd hazırlanıb.

Ə.İsmayılovun sözlərinə görə, sənəd 5 il müddətində media subyektlərinə vergi güzəştlərinin tətbiq olunmasını ehtiva edir: “Media subyektlərinin həm mənfəət vergisi, həm də ƏDV-dən azad edilməsi təklif edilir. Bir sıra nazirliklərin fikirləri var və bu istiqamətdə iş aparılır. Sənəd tam hazır olduqdan sonra müzakirələrə təqdim ediləcək”, – deyə Ə.İsmayılov bildirib.

Eyni zamanda, Azərbaycanda güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşir, bu barədə məsələ yeni hazırlanan “Media haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə vurğulanır ki, reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcək.

Qeyd olunur ki, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq.

MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Agentlik dövlət orqanlarının mətbuat katibləri, media qurumlarının rəhbərləri və jurnalistlər üçün seminar-təlimlər təşkil edib, media savadlılığının artırılması, yeni nəsil jurnalist kadrlarının hazırlanması məqsədilə “New Media” proqramı və fərdi jurnalist müsabiqələri keçirib, o cümlədən sahəvi jurnalistikanın inkişafı istiqamətində müvafiq işlər görüb.

Müzakirə zamanı medianın keyfiyyət, peşəkarlıq və standartlar baxımından təhlili, hüquqi bazanın təkmilləşdirilməsi, kommunikasiyanın təşkili, beynəlxalq əməkdaşlıq, strateji planlaşdırma və perspektiv planlar barədə fikir mübadiləsi aparılıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma