“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib

Nazirlər Kabineti “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnaməni təsdiq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərar vətəndaşların müraciətlərinə baxılmasında operativliyin təmin olunmasına və ictimai nəzarətin daha da təkmilləşməsinə xidmət edəcək.

“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərarda vətəndaşların kommunal, yol, nəqliyyat problemləri və ictimai əhəmiyyət kəsb edən digər məsələlər üzrə nəzarətin həyata keçirilməsi ilə bağlı müraciətlərini elektron xəritə üzərində qeyd olunaraq aidiyyəti dövlət qurumlarına operativ surətdə göndərilməsini təmin edən “ASAN müraciət” informasiya sisteminin formalaşdırılmasının, aparılmasının və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyanın hüquqi, təşkilati və texnoloji əsasları müəyyən edilmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma