Təhsil işçiləri ömürboyu təhsil konsepsiyasına uyğun yetişdiriləcəklər

“eTwinning” layihəsi çərçivəsində Albaniyanın Tirana şəhərində “Peşə Təhsili üçün eTwinning” mövzusunda əlaqələndirici seminar təşkil edilib. Tədbirin məqsədi peşə təhsili müəssisələrində təhsil işçilərinin ömürboyu təhsil konsepsiyasına və əmək bazarının tələblərinə uyğun zəruri bilik, bacarıq və səriştələrə yiyələnmək, müstəqil, yaradıcı şəxsiyyət kimi hazırlamaq olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, beynəlxalq tədbirdə Azərbaycanı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzinin müəllimi Rəşad Çopsiyev təmsil edib. Seminarda Bosniya və Hersoqovina, Litva, Kipr, Estoniya, Türkiyə kimi ölkələrin müəllimləri də iştirak edib. Peşə təlimlərinin keyfiyyətinin artırılması istiqamətində tədbir iştirakçıları üçün 4 paraleldə 16 təlim, müzakirə paneli və çıxışlar təşkil olunub.

Tədbir zamanı Azərbaycan təmsilçisi “Müxtəlif məktəblərdən iqlim könüllüləri” mövzusunda Albaniya, Kipr və Estoniya təhsil müəssisələrinin müəllimləri ilə ortaq təhsil layihəsi yaradıb.

Qeyd edək ki, qlobal iqlim dəyişikliyinin təsirlərini azaltmaq və onlara uyğunlaşmaq üçün həllərin hazırlanması istiqamətində bilik, bacarıq və səriştələri formalaşdırmaq layihənin əsas məqsədlərindən birini təşkil edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma