Beşinci mərtəbədən yıxılan Bakı sakini xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanından düşərək birinci mərtəbəsindəki mənzilin artırmasının damında köməksiz vəziyyətdə qalıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub.

Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb və hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma