Balıq ovu üçün kvotalar təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 645 s nömrəli Sərəncamı ilə “2022-ci il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)” və “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə  bölgüsü” təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2022-ci ildə Azərbaycan Respublikasının balıqçılıq su obyektlərində sənaye, elmi tədqiqat və nəzarət, təhsil və maarifləndirmə, habelə akvakultura məqsədləri ilə balıq və digər su bioresurslarının ovu üçün kvotaların bölgüsü sözügedən Sərəncamla təsdiq edilmiş “2022-ci il üçün “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə  bölgüsü”nə əsasən həyata keçiriləcəkdir.

Elanla buradan tanış ola bilərsiniz.

Leave a Reply